Xarici ölkələrin bir qrup media nümayəndələri Gəncədə səfərdədir
Türkiyə, Xorvatiya, İordaniya, Monteneqro və Serbiyadan olan bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncəyə gəliblər. Onlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər. Qonaqlar erməni terroru nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər. Onlara həmin hadisə barədə məlumatlar verilib.