Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olublar
Xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin aviabazasında olublar. On beş dövləti təmsil edən hərbi attaşelər aviabazada şəxsi heyət üçün yaradılan şərait, uçuş və texniki heyətlə tanış olub, əsgər yeməkxanaları və yataqxanalarına, məşğələ otaqlarına baxıblar. Silahlanmada olan hərbi texnika ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.
Ruhəngiz Hacızadə