Xarici ölkələrdəki diplomatlarımızın mühaifəzi üçün müraciətlər göndəriləcək
2020-10-19 14:00
Sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların yayıldığı müşahidə edilir. Bu, radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva bildirib ki, diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir və bu xüsusda, xarici ölkələrdəki diplomatlarımızın mühafizəsinin, təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərinin görülməsi üçün müvafiq müraciətlər göndəriləcək.
Nərgiz Camal