Xaricdə yaşayan narkotacirlərin narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanıldılar
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları xaricdə yaşayan narkotacirlərin narkokuryerliyə cəlb etdiyi şəxsləri saxlayıblar. Mingəçevir şəhər sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Cavid Babayevin üzərindəki bağlamadan 1 kiloqram 525 qram qurudulmuş marixuana, tiryək, metamfetamin, “AK-74” markalı avtomat, patronlar və 2 daraq aşkarlanıb. Davam etdirilən tədbirlərlə bu işlə əlaqəli Səxavət Camalzadə də şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacir tərəfindən təklif aldığını bildirib.
Fərid Mehdiyev