Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım ediləcək
2020-11-05 13:04
Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara 3 min manatadək sosial yardım ediləcək. Söhbət qəyyumluğunda hər iki valideyni vəfat edən 18 yaşınadək azərbaycanlı şəxs olan, fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkən və yaşadığı ölkədə dəyən zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almayan, vəfat edən yaxın qohumunun cənazəsinin Azərbaycana gətirilməsi zərurəti yaranan şəxslərdən gedir. Nazirlər Kabinetinin qəbul etdiyi qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Fərid Mehdiyev