Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu davam edir
2020-11-27 14:05
Xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyənlərin 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir. Təhsil Nazirliyindən bildirilib ki, müraciətlər üçün son tarix 15 dekabrdır. Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.
Vəfa Şairova