"Xarı Bülbül" komandası Çelenc Kubokunda mübarizəyə başlayıb
Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası Çelenc Kubokunda mübarizəyə başlayıb. Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gəlib. Bakıdakı Voleybol Mərkəzində reallaşan qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü bu gün eyni arenada gerçəkləşəcək.
Emin İsazadə