Xankəndidə silahlı şəxs saxlanılıb, gizlətdiyi silah-sursat da götürülüb
Polis Xankəndidə tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd sakini Əmrah Haqverdiyevdən sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və əlavə 16 ədəd patron götürüb. Onun şəhər ərazisində ayrı-ayrı tikililərdə gizlətdiyi “AK-74” markalı avtomat, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı patron, 3 ədəd süngü-bıçaq da aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb.
Vüsalə Cənnətova