Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança və 9 ədəd müxtəlif markalı tüfəng tapılıb. Həmçinin, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Vüsalə Cənnətova