Xankəndi və Xocalıda silah-sursat tapılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi və Xocalıda silah və sursat tapılıb. Xankəndidə 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat, 2 ədəd tapança, 10 ədəd tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları aşkar edilib. Xocalıda isə 30 ədəd müxtəlif markalı avtomat, 1 ədəd qumbaraatan, 2 ədəd snayper silahı, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı atapılıb.
Vüsalə Cənnətova