Xankəndi və Xocalıda silah-sursat aşkarlanıb
Polis əməkdaşları Xankəndi və Xocalıda silah-sursat aşkarlayıb. Xankəndidə pulemyot, müxtəlif markalı avtomat silahı, tapança, tüfəng, qumbara, qumbara alışdırıcısı, müxtəlif çaplı patron, optik nişangah, penal dəsti, “Kalaşnikov” pulemyotuna aid sursat, patron darağı, süngü-bıçaq, daraq üçün çanta, binokl və rabitə qurğusu, Xocalıda isə müxtəlif çaplı patron, tank əleyhinə mina, əl qumbarası, mərmi və avtomat darağı aşkar olunaraq götürülüb.
Fərid Mehdiyev