Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi doqquz gündür davam
Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 29 gündür ki, davam edir. Şuşa şəhərinə yağan qarın hündürlüyü 14-15 santimetrə çatıb. Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Ekofəallar “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!” şüarlarını səsləndirirlər.