Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Gün ərzində Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus ümumilikdə 28 avtomobil maneəsiz hərəkət edib. Bu da onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.