Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir
Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyasının on beşinci günüdür. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, etiraz aksiyası davam edir. Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Belə ki, Xankəndindən Laçın istiqamətinə sülhməramlılara məxsus hərbi polis maşını və hərbçiləri daşıyan avtomobil keçib.