Xankəndi-Laçın yolunda aksiya davam edir, iştirakçılar yüksək əhval-ruhiyyədədir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən fasiləsiz dinc aksiya iştirakçıları qətiyyət nümayiş etdirirlər, toplanış yerində etirazçılar yüksək əhval-ruhiyyədədirlər. Ekoaktivistlər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər. Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.