Xankəndi-Laçın yolunda aksiya 40 gündür davam edir
Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 40 gündür ki, davam edir. Ekofəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Bu arada Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.