Xankəndidən xeyli silah-sursat aşkarlanaraq götürülüb
Həyata keçirilən tədbirlərlə son bir həftə ərzində polis əməkdaşları tərəfindən Xankəndidən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb. Həmçinin Şuşa şəhəri ərazisindən 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.
Fərid Mehdiyev