Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib
Xankəndidə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin insan resursları üzrə rəhbərlərinin V görüşü keçirilib.Görüşdə rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, müasir idarəetmə yanaşmaları, gələcəyin əmək bazarına uyğun kadr potensialının formalaşdırılması və üzv ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə olunub.Görüş çərçivəsində üzv ölkələrin insan resursları və süni intellekt sahəsində təcrübələrinə dair təqdimatlar keçirilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
18 sentyabr 2026

