Xankəndidə səyyar tibbi müayinə aksiyası keçirilib
“Böyük Qayıdış” Proqramı çərçivəsində Xankəndi şəhərində növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.Aksiya zamanı travmatoloq, ortoped, fizioterapevt, pediatr və infeksionist həkimlər tərəfindən sakinlər ödənişsiz müayinə olunub, konsultasiya və reabilitasiya xidmətləri göstərilib.Ümumilikdə 200-ə yaxın Xankəndi sakini tibbi müayinədən keçərək ixtisaslaşmış tibbi xidmətlərdən yararlanıb. Tədbirin məqsədi bölgədə yaşayan əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılmasıdır.
03 iyul 2026

