Xankəndidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib
Laçın hava limanının tikintisi üzrə işlərin ümumi icra vəziyyəti 65 faizdir. Ümumi uzunluğu 2500 kilometr olan 26 layihə üzrə avtomobil yollarının tikintisi işləri aparılır. Ağdam-Xankəndi dəmir yolu xəttinin layihə-smeta sənədləri hazırlanır. Bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun Xankəndidəki iclasında bildirilib.
Vüsalə Cənnətova