Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək
Dövlət Məşğulluq Agentliyi sentyabrın 11-də saat 10:00-da Xankəndidə növbəti əmək yarmarkası təşkil edəcək.25 müəssisə tərəfindən peşə istiqamətləri üzrə 200-ə yaxın vakansiya təqdim olunacaq. Vakansiyalar Xankəndi şəhəri, Şuşa, Ağdam, Ağdərə və Xocalı rayonlarını əhatə edir.
09 sentyabr 2026

