Xankəndidə "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir
Novruz bayramı münasibətilə martın 17-dək Xankəndi şəhərində “Kənddən Şəhərə” yarmarkası təşkil edilib.Yarmarkada sakinlər münasib qiymətlərlə yerli kənd təsərrüfatı məhsulları ala, fermerlər isə məhsullarını birbaşa bazara çıxara bilirlər. Bu, Xankəndidə keçirilən 9-cu yarmarkadır.Fermerlər 40 müxtəlif məhsul çeşidi ilə iştirak edir. Bundan əlavə, bu gün Cəbrayılın Horovlu, martın 17-də isə Zəngilanın Ağalı kəndində də bayram yarmarkaları fəaliyyət göstərəcək.
16 mart 2026

