Xankəndidə II Azərbaycan-Özbəkistan Rektorlar Forumu keçirilir
Xankəndidə Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu başlayıb.Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilən forum Azərbaycan və Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafına həsr olunub.Tədbirin əsas məqsədi iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, elmi tədqiqat və innovasiya sahələrində birgə təşəbbüsləri təşviq etməkdir.Forumda Azərbaycan və Özbəkistandan ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər.
16 oktyabr 2026

