Xankəndidə ev yanıb
Xankəndi şəhərində yaşayış olmayan evlərdən birində yanğın baş verib. Yaxınlıqda digər tikililər olduğundan yanğının ətrafa yayılma riski yüksək olub. Hadisə yerinə FHN-in Xankəndi şəhər yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.