Xankəndidə “Zəfər Nəsli” gənclər düşərgəsi keçiriləcək
8 Noyabr – Zəfər Günü münasibətilə noyabrın 9-dan 11-dək Xankəndi şəhərində “Zəfər Nəsli” gənclər düşərgəsi təşkil olunacaq.Gənclər və İdman Nazirliyinin təşkil etdiyi düşərgəyə 18-26 yaş aralığında olan fəal və təşəbbüskar gənclər müraciət edə bilərlər.Proqram çərçivəsində Zəfər tariximizə həsr olunmuş görüşlər, müzakirələr, liderlik sessiyaları və müxtəlif mədəni tədbirlər keçiriləcək. İştirak üçün son qeydiyyat tarixi noyabrın 7-si, saat 12:00-dəkdir. Nəqliyyat, yerləşmə və qidalanma xərcləri nazirlik tərəfindən qarşılanacaq.
05 noyabr 2026

