Xankəndi-Laçın yolundan sülhməramlıların növbəti keçidi olub
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən dinc etiraz aksiyası on birinci günüdür davam edir. Havanın soyuq olmasına baxmayaraq, dinc aksiya iştirakçıları vətənpərvərlik ruhunda mahnılar, həmçinin "Qarabağ", "Xudayar" təsnifləri ifa edirlər. Aktivistlər Azərbaycan, rus və ingilis dillərində dayanmadan səsləndirdikləri şüarlarla hər kəsi ekologiyanı qorumağa çağırır, ekaloji terrorun dayandırılmasını tələb edirlər. Bundan başqa, Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.