Xankəndi-Laçın yolundan gün ərzində sülhməramlıların 30 avtomobili maneəsiz keçib
Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hazırda davam edir. Fasiləsiz dinc aksiya iştirakçıları həmişəki kimi dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Şuşa şəhərində qar yağmağına baxmayaraq, əhvali-ruhiyyələri yüksək olan ekofəallar və gənc könüllülər üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, şüarlar səsləndirirlər, vətənpərvərlik ruhunda mahnılar ifa edirlər. Bu arada gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 30-a çatıb.