Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 55 gündür davam edir
Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 55 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Bu gün Laçın-Xankəndi yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus 11 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Vüsalə Cənnətova