Xankəndi-Laçın yolunda dinc ekoaksiya davam edir
Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası davam edir. Gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 23 avtomobil maneəsiz hərəkət edib.