Xankəndi-Laçın yolunda aksiya davam edir
Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Etirazçılar hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, şüarlar səsləndirirlər. Gün ərzində yolda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 23 avtomobil maneəsiz hərəkət edib.