"Xankəndi" Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker olub
Milli gəmiçilik tariximizdə ilk dəfə müstəqil Azərbaycan bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub.Bu tarixi səfəri “Aframax” tipli “Xankəndi” tankeri həyata keçirib.Oktyabrın 19-da Bruneyin Seria limanından yola çıxan tanker 18 günlük fasiləsiz səfərdən sonra Avstraliyanın Gilonq limanına çatıb. Gəmidəki yük təhlükəsiz şəkildə boşaldılıb.“Xankəndi” Avstraliya limanında ekoloji nəzarətdən və texniki müayinədən uğurla keçib. Qeyd edək ki, tanker 2024-cü ildə ASCO və SOCAR-ın birgə müəssisəsi tərəfindən alınıb. Həmin ilin avqustunda Türkiyənin Aliağa limanında gəmidə Azərbaycan bayrağı qaldırılaraq istismara verilib.
13 noyabr 2026

