İşğaldan azad olunmuş Xankəndi, Ağdərə və Xocalıya indiyədək ümumilikdə 2011 ailə köçürülüb.Bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən WUF13 çərçivəsində bildirib.Ümumilikdə isə bu ərazilərdə minlərlə insanın məskunlaşması təmin olunub.Ağdam–Şuşa avtomobil yolunun tikintisi başa çatmaq üzrədir, genişmiqyaslı yol-nəqliyyat infrastruktur layihələri icra olunur.Xankəndidə dəmiryol vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.Layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib.Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi planlaşdırılır.Xankəndi şəhərinin baş planı hazırlanır.Şəhərin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Baş plan ilə yaşıllıq istirahət zonalarının sayının şəhər kontingentinə uyğun olaraq hazırlanması planlaşdırılır.Xankəndi, Ağdərə və Xocalıda ümumilikdə 21 689 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
19 may 2026

