Xankəndi ərazisində silah-sursat aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 3 qumbara, 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Vüsalə Cənnətova