Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisi davam edir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisini davam etdirir. Yolun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
Zülfiyyə Telmanqızı