Xankəndi şəhərinin baş planı təqdim ediləcək
Xankəndi gələcəkdə Qarabağın əsas şəhərlərindən biri kimi formalaşdırılacaq. Bu barədə Xankəndidə keçirilən Milli Biznesin İnkişafı Forumunda Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov məlumat verib.Şəhərin baş planı yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. Hazırda inkişaf konsepsiyası Qərb şirkətləri tərəfindən hazırlanır və layihədə Xankəndinin “gənclər şəhəri” kimi inkişafı nəzərdə tutulur.Əsas prioritetlərdən biri təhsil və sosial infrastrukturun genişləndirilməsidir. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi ayrılıb və tələbələr üçün müasir şərait yaradılacaq.Layihəyə əsasən, gələcəkdə şəhərin əhalisinin təxminən 80 min nəfərə çatdırılması planlaşdırılır.
13 may 2026

