Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin olunub
Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Abdullayev Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin olunub.
Daha bir sərəncam Şirvan suvarma kanalının yenidən qurulması haqqındadır.
Dövlət başçısı İnformasiya texnologiyaları sahəsində və ali baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul üçün müraciət edən şəxslərin müsabiqənin test imtahanı mərhələsindən azad edilməsi barədə fərman da imzalayıb.
Vüsalə Cənnətova