Canlı
Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib

2018-02-09 / 08:55

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib. FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları mənzilin qapısını açıb və orada Xalq artistinin cəsədini aşkar ediblər.

Vəfa Şairova