Xalq artisti Mənsum İbrahimov 55 illik yubileyini Ağdamda qeyd edib
Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov 55 illik yubileyini Ağdamın Quzanlı qəsəbəsində qeyd edib. Ağdam Olimpiya İdman Kompleksində keçirilən tədbirdə çıxış edənlər Mənsum İbrahimovun musiqi mədəniyyətimizin inkişafındakı rolundan danışıblar. Xalq artisti yaratdığı obrazlarla muğamın tədrisi və təbliği istiqamətində gördüyü işlərlə Azərbaycan musiqisinə böyük xidmət edib.
Ruhəngiz Hacızadə