Xalq artisti Elmira Şabanova vəfat edib
Xalq artisti, tanınmış kino və teatr aktrisası Elmira Şabanova 86 yaşında vəfat edib.Mədəniyyət Nazirliyi sənətkarın vəfatı ilə bağlı nekroloq yayıb.Qeyd edək ki, Elmira Şabanova 1940-cı ildə Bakıda anadan olub. O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın filmdə rol alıb. Aktrisa "Səhər", "Qəm pəncərəsi", "Təhminə" və "Fəryad" filmlərindəki obrazları ilə tamaşaçıların yaddaşında qalıb. 2006-cı ildə Xalq artisti fəxri adına layiq görülüb.Allah rəhmət eləsin!
26 noyabr 2026

