Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Bakının Xəzər rayonunda xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.Əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb.Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
21 oktyabr 2026

