Xaçmazda yerləşən bağlarda qış müalicəsi həyata keçirilir

Hazırda Xaçmazda yerləşən bağlarda qış müalicəsi həyata keçirilir. Ağacların quruyan budaqları kəsilir və dibləri bellənərək müxtəlif gübrələr verilir. Mütəxəssislər hesab edirlər ki, bununla yanaşı, ağacların köklərinin gəmiricilərdən qorunması da vacibdir. Bunun üçün yuvalara müvafiq yem qoyularaq qapadılmalıdır. Bağlarda qış müalicəsi fevral-mart aylarına kimi davam etdiriləcək.

Vəfa Şairova