Xaçmazda yük qatarının qarşısına qəfildən insan çıxıb
Bu gün saat 05:05 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb.Maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, həmin şəxs vəfat edib.ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.Diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.
31 avqust 2026

