Xaçmazda qatar avtomobili vurub, ölən var
Xaçmazın Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011"markalı avtomobili hərəkətdə olan qatar vurub. Avtomobilin sürücüsü, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
5 fevral 2026

