Canlı
Xaçmazda qadını maşın vurub

2018-06-13 / 14:18

Xaçmazda piyadanı maşın vurub. Hadisə Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində baş verib. 46 yaşlı Ruslan Məmmədov idarə etdiyi “QAZel” markalı avtomaşınla 64 yaşlı Sonaxanım Zülfüqarovanı vurub. Xəsarət alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.

Ruhəngiz Hacızadə