Xaçmazda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Xaçmazda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 57 yaşlı Hacıyev Rasim Kərim oğlunun meyiti aşkarlanıb. Şəxsi qətlə yetirməkdə şübhəli bilinən, 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılıb. Araşdırma aparılır.
Nərgiz Camalzadə