Canlı
Xaçmazda piyadanı avtomobil vurub

2018-03-09 / 08:37

Xaçmaz rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza rayonun Pərdiqıran kəndində baş verib. Kənd sakini Yaşar Gözəlovu maşın vurub. Piyada Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəfa Şairova