Canlı
Xaçmazda partlamamış hərbi sursat tapılıb

2018-12-06 / 08:20

Xaçmazın Niyazoba kəndi ərazisində partlamamış hərbi sursat tapılıb. ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim atışı üçün nəzərdə tutulmuş hədəf simulyatoru aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Həmin yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Vəfa Şairova