Xaçmazda oğurluq edən şəxs saxlanılıb

2020-01-14 12:02

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin dekabr ayının sonlarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini, 23 yaşlı Cavid Xanbabayev olduğu müəyyən edilib.

Vəfa Şairova