Xaçmazda narkotiklə bağlı 2 nəfər saxlanılıb
Xaçmazda Polisin keçirdiyi əməliyyatla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 55 yaşlı Ənvər Ələskərov saxlanılıb. Həmin şəxsə məxsus həyətyanı sahədən xüsusi qulluq edərək yetişdirdiyi 50 ədəd çətənə kolu və marixuana aşkarlanıb.Keçirilən digər tədbir zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 33 yaşlı Elman Abdulovdan isə psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

