Canlı
Xaçmazda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

2017-12-06 / 18:03

Xaçmazda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağabəy Ələskərov polis tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 8,420 qram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Onun narkotik vasitəni aldığı şəxs də müəyyən edilib və şübhəli bilinən əvvəllər məhkum olunmuş Babaseyid Ağayev də saxlanılıb.

Fərid Mehdiyev